İspaniya

“Barsa”nı bu xəbərlə təəccübləndirdi: Gedir, İngiltərə və Almaniyadan təklif alıb

Yarımmüdafiəçi Dro Fernandes bu qış “Barselona”nı tərk edəcək.

Aut.az xəbər verir ki, “Diario Sport”un məlumatına görə, 18 yaşlı yarımmüdafiəçi cümə günü səhər baş məşqçi Hansi Flikə komandadan ayrılmaq qərarı barədə məlumat verib. Klub onun satışından 6 milyon avro alacaq.

“Mundo Deportivo” xəbər verir ki, yarımmüdafiəçiyə İngiltərə və Almaniyadan təkliflər gəlib.

Yaxın günlərdə oyunçu müxtəlif variantları araşdırmaq üçün ailəsi və agentləri ilə görüşəcək. “Barselona” onun bu qərarından təəccüblənib və Dronu saxlamağa çalışır.

Klub Fernandeslə müqaviləni uzatmağı planlaşdırsa da, idman direktoru Deko müqaviləni vaxtında tamamlaya bilməyib. Yanvarın 12-də Dronun 18 yaşı tamam olub.

Aut.az