“Sabah” Birinci Liqa klubu ilə oynayacaq
“Sabah” qış toplanışı çərçivəsində daha bir oyun keçirəcək.
Aut.az-ın məlumatına görə, “bayquşlar” Masazırda Birinci Liqa təmsilçisi “Mingəçevir”lə üz-üzə gələcək. Bu, toplanış çərçivəsində paytaxt klubunun ikinci və sonuncu matçı olacaq.
Qeyd edək ki, “Sabah” ilk yoxlama matçında “Şamaxı” ilə qarşılaşıb. Görüş Valdas Dambrauskasın yetirmələrinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.
Aut.az
