Konfrans Liqası

Konfrans Liqasında pley-offun püşkü atıldı

Bu gün UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Aut.az xəbər verir ki, bu raundda ümumi mərhələni 9–24-cü yerlər arasında başa vuran komandalar mübarizə aparacaq. Püşkatmanın nəticələri aşağıdakı kimidir:

KuPS (Finlandiya) – Lex (Polşa)

Jrinski (Bosniya və Herseqovina) – Kristal Pelas (İngiltərə)

Şkendiya (Şimali Makedoniya) – Samsunspor (Türkiyə)

“Siqma” (Çexiya) – “Lozanna” (İsveçrə)

Noa (Ermənistan) – AZ Alkmaar (Niderland)

Yagelloniya (Polşa) – Fiorentina (İtaliya)

Drita (Kosovo) – Selye (Sloveniya)

Omoniya” (Kipr) – Riyeka (Xorvatiya).

Qeyd edək ki, ilk oyunlar 19 fevralda, cavab qarşılaşmaları isə 1 həftə sonra keçiriləcək.

Ümumi mərhələni 1-8-ci yerlərdə tamamlayan komandalar birbaşa Konfrans Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıblar.