Azərbaycan futbolu

15 yaşlı futbolçu “Qarabağ”ın əsas komandasında debüt etdi

“Qarabağ” bu gün Antalya toplanışı çərçivəsində Xorvatiyanın “Osiyek” klubu ilə üz-üzə gəlib.

Aut.az xəbər verir ki, qarşılaşma Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu oyun iki futbolçu üçün əlamətdar olub. Belə ki, 15 yaşlı yarımmüdafiəçi Əli Bəşirov və 19 yaşlı hücumçu Bəhruz Qurbanlı əsas komandanın heyətində debüt edib.