Dünya futbolu

Vəziyyət ekstremal xarakter alır, onların futboldan başı çıxmır: Ten Haq kimləri deyir?

“Mançester Yunayted”in və “Bayer Leverkuzen”in keçmiş baş məşqçisi Erik ten Haq baş məşqçilərin istefaları kontekstində  klub rəhbərlərinin işi haqda danılşıb.

Aut.az xəbər verir ki, ten Haq bu barədə Niderland mətbuatına danışıb.

“Vəziyyət getdikcə ekstremal xarakter alır. Getdikcə daha çox klub sahibləri ad çıxarmaq istəyirlər. Bir qayda olaraq, onların mövzudan anlayışı azdır.

Texniki direktorlar da tez-tez nəticələr qeyri-qənaətbəxş olduqda, əlverişli şəraitə əsaslanaraq qərarlar qəbul edirlər”, – Haq deyib.

Aut.az