Klopp bu iki komandadan birində çalışmağa hazırdır
Almaniyalı məşqçi Yurgen Klopp “Real”ın baş məşqçisi postu üçün ciddi namizədlərdən biri kimi qiymətləndirilir.
Aut.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberg məlumat yayıb.
Mənbəyə görə, Klopp həmişə Madrid klubunda işləmə perspektivinə müsbət baxıb. Həmçinin qeyd olunur ki, mütəxəssis Almaniya millisindən təklif gəlsə, məşqçi karyerasını bərpa etməyə hazırdır.
Klopp “Maynts”, “Borussiya” və “Liverpul” klublarını çalışdırıb, sonuncunu 2023/24 mövsümünün sonunda tərk edib. 2025-ci ilin yanvarında o, “Red Bull” idman bölməsində beynəlxalq əlaqələr direktoru vəzifəsinə gətirilib.
Xatırladaq ki, 12 yanvar “Real” Xabi Alonsonun istefasını açıqlayıb və “kral klubu”nun yeni baş məşqçisi olaraq Alvaro Arbeloa təyin olunub.
