Voleybol

Azərbaycanlı hakim beynəlxalq təyinat aldı

Azərbaycanlı hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyasından təyinat alıb.

Aut.az xəbər verir ki, O, qadın voleybolçular arasında keçirilən Çelenc Kubokunun 1/8 final mərhələsində Serbiyanın “Srvena Zvezda” və Danimarkanın “Holte IF” komandaları arasında baş tutacaq qarşılaşmada ikinci hakim olacaq.

Matçın baş hakimi vəzifəsini xorvatiyalı Ana Stipanicev yerinə yetirəcək.

Oyun yanvarın 15-də Serbiyada keçiriləcək.