Güləş

Güləş yarışında kütləvi dava – VİDEO

Qroznıda keçirilən Şimali Qafqaz Federal Dairəsi Gənclər arşında sərbəst güləş çempionatı zamanı qalmaqal baş verib.

Aut.az xəbər verir ki, münaqişə osetin güləşçisi David Vaniyev və çeçen güləşçisi Turpal Alxoyev arasında döyüşdən sonra yaranıb. Osetin güləşçisi ədalətli qələbə qazansa da, final fitindən dərhal sonra vəziyyət nəzarətdən çıxıb.

Şahidlərin sözlərinə görə, çeçen idmançı qalibi kürəyindən itələyərək münaqişəyə səbəb olub. Əvvəlcə güləşçilər öz aralarında mübahisə ediblər, lakin saniyələr ərzində tribunadakı tamaşaçılar davaya qoşulublar.

Aut.az