Titul döyüşündə möhtəşəm qələbə: Rinqə ağ dəsmal atdılar – VİDEO
Xorvatiyalı ağırçəkili boksçu Petar Milaş (20-1, 16 KO) Agit Kabael ilə Damian Knyba arasında keçirilən döyüşün anderkartında alman Qranit Şalunu (18-2, 7 KO) məğlub edib.
Aut.az xəbər verir ki, bərabər və olduqca yorucu keçən qarşılaşmada həlledici məqam son raundda yaşanıb. Milaş rəqibini iki dəfə nokdauna göndərib və nəticədə alman boksçunun küncü ağ dəsmalı rinqə atıb.
Bu qələbə Petar Milaşa ağır çəkidə IBF International kəmərini qazandırıb.
Aut.az
