Əfsanə ikinci övladını dünyaya gətirdi
Xizəksürmə üzrə dördqat Olimpiya çempionu və 14 qat dünya çempionu Tereza Yohauq ikinci dəfə ana olub.
Aut.az xəbər verir ki, şənbə günü 37 yaşlı norveçli xizəkçinin oğlu dünyaya gəlib. Oğlanın adını Nils qoyublar.
Yohauq və əri Nils Ceykob Hoffun artıq 2023-cü ilin may ayında dünyaya gələn Kristin adlı bir qızı var.
Ötən ilin may ayında titullu idmançı 2026-cı il Olimpiadasında iştirak etməyəcəyini açıqlamışdı.
Yohauq ilk dəfə 2010-cu ildə Olimpiya çempionu olub və 2022-ci il Oyunlarında üç qızıl medal qazanıb.
Aut.az
