Dünya futbolu

İbradan təsirli etiraf: Stilimi Məhəmməd Əli və Ronaldo inkişaf etdirdi

Keçmiş hücumçu Zlatan İbrahimoviç onun stilinə təsir edən idmançılardan danışıb.

Aut.az xəbər verir ki, İbra braziliyalı Ronaldonu tarixin ən yaxşı futbolçusu adlandırıb.

“Mənim üçün Ronaldo bütün dövrlərin ən yaxşı oyunçusu olub və qalmaqdadır. Çoxlu sayda əla futbolçu var, amma mənim üçün bir nömrəli odur.

O vaxtlar sosial media yox idi. Kitabxanaya gedir, videolara baxır, onun driblinqlərini və hərəkətlərini izləyirdim.

Bu fəndləri öyrənmək istəyirdim. Məhəmməd Əli və Ronaldodan ilhamlanaraq öz stilimi inkişaf etdirdim.

Mən Məhəmməd Əlini o vaxtlar ağ-qara rəngdə olan televizorda izlədim. Onun necə danışdığını, necə davrandığını izlədim. O, təkəbbürlü deyildi. Uşaq vaxtı dərhal onun kim olduğunu bilmək istəyirdim. Öz-özümə deyirdim ki, “Mən də onun kimi olmaq istəyirəm, amma futbolda”. Matçlara baxmağa başladım və Ronaldonu ilk dəfə o zaman gördüm”, – deyə “Sky Sport Italia” İbrahimoviçdən sitat gətirib.

Aut.az