Dünya futbolu

Sensasion iddia: Enrike PSJ-dən ayrılır

Fransa çempionu PSJ-nin baş məşqçisi Luis Enrike Paris klubu ilə müqaviləsini yeniləməkdən imtina edib və ayrılmaq istəyir.

Aut.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

İspan məşqçinin PSJ ilə hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

Luis Enrike 2023-cü ilin yayından PSJ-nin baş məşqçisidir, onunla ikiqat Fransa çempionu, iki dəfə Fransa Kubokunun və Superkubokunun qalibi, UEFA Superkubokunun, FIFA Qitələrarası Kubokunun və Çempionlar Liqasının qalibi olub.

Aut.az