Sabiq “Yunayted”li onun istefa xəbərini dərhal bəyəndi – FOTO
“Mançester Yunayted”in portuqaliyalı mütəxəssis Ruben Amorimi istefaya göndərməsi komandanın sabiq futbolçusunu sevindirib.
Aut.az xəbər verir ki, “Mançester Yunayted”in keçmiş oyunçusu Alexandro Qarnaço onun istefasına reaksiya verərək, insayder Fabritsio Romanonun paylaşımını dərhal bəyənib.
Qarnaço ilə Amorim arasında münaqişə yaşanmışdı. Ruben argentinalı futbolçunun oyunundan narazı qaldı və “Mançester Yunayted” yayda onu “Çelsi”yə satdı.
40 yaşlı portuqaliyalı mütəxəssis 2024-cü ilin payızında “Mançester Yunayted”i çalışdırmağa başlayıb. Onun rəhbərliyi altında komanda 2024/25 mövsümündə Avropa Liqasının finalına yüksəlib və “Tottenhem”ə 0:1 hesabı ilə məğlub olub. O, “mankunianlar”ın sükanı arxasında 63 oyun keçirib: 25 qələbə, 15 heç-heçə və 23 məğlubiyyət.
Aut.az

