“Neftçi”nin futbolçusu Afrika Millətlər Kubokunda zədələnib
“Neftçi”nin beninli yarımmüdafiəçisi Sessi Dalmeyda Afrika Millətlər Kubokunda zədələnib.
Aut.az Afrika mətbuatına istinadən xəbər verir ki, futbolçu D qrupunda keçirilən Botsvana ilə matçda zədə alıb.
O, zədə səbəbindən bu gün 1/8 finalda Misirə qarşı keçirəcəkləri matçı buraxmalı olacaq. Dalmeydanın ən azı bir ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Benin – Botsvana matçı birincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
