Dünya futbolu

Zidan Afrika Kubokunda debütündən danışdı: Qürur duyuram

Əlcəzair millisinin 27 yaşlı qapıçısı, futbol əfsanəsi Zinəddin Zidanın oğlu Luka Zidan milli komandanın heyətində Afrika Millətlər Kubokunda Sudanı 3:0 hesabı ilə məğlub etdikləri oyundan danışıb.

Aut.az xəbər verir ki, Zidan sosial media səhifəsində yazıb: “Bu formanı geyinməkdən və Afrika Millətlər Kubokunda debüt etməkdən qürur duyuram. Gələcəyə inamım və ümidim doludur”.

Qapıçı Fransanın gənclər komandalarında oynayıb. 2025-ci ilin payızında o, Əlcəzair milli komandasında oynamaq üçün icazə aldı və 14 oktyabrda komandada debüt etdi. Qapıçı Əlcəzair milli komandasında iki oyun keçirib və bir qol buraxıb.

Aut.az