“Kəpəz” futbolçu seçimlərinə başlayır
“Kəpəz” Futbol Akademiyası 2026-cı il üçün seçimlərə başlayır.
Aut.az xəbər verir ki, klub 2009-2019-cu il təvəllüdlü oğlan və 2014-2016-cı il təvəllüdlü qızları seleksiya məşqlərinə dəvət edir. Seçimlər 2026-cı il yanvarın 3-ü və 4-ü tarixlərində təşkil olunacaq. Seleksiya prosesi klubun Məşq Mərkəzinin meydançasında keçiriləcək və saat 11:00-da başlayacaq.
Seçimlərdən uğurla keçən futbolçular akademiyanın müvafiq yaş qrupu üzrə komandalarına qəbul olunacaqlar.
