Basketbol

Əfsanənin adı Şöhrət Zalına daxil edildi: Türkiyəli ulduz da…

NBA çempionu Dirk Novitski Beynəlxalq Basketbol Federasiyasının (FİBA) Şöhrət Zalına daxil edilib.

Aut.az xəbər verir ki, FİBA-nın Şöhrət Zalına həmçinin ABŞ-dan Syu Berd, Fransadan Selin Dyumerk, Mozambikdən Klariss Maçanquana, Çilidən İsmeniya Poşar, Türkiyədən Hidayət Türkoğlu, Çindən Van Çjiçji və Polşadan məşqçi Lyudvik Myetta-Mikolayeviç də qəbul olunacaq.

Şöhrət Zalına qəbul mərasimi 21 aprel tarixində Berlində keçiriləcək.

Qeyd edək ki, Dirk Novitski 2011-ci ildə “Dallas Mevriks”in heyətində NBA çempionu olub, 2007-ci ildə liqanın ən dəyərli oyunçusu seçilib. Alman basketbolçu dünya çempionatının bürünc, Avropa çempionatının isə gümüş mükafatçısıdır.

Aut.az