Azərbaycan futbolu

“Şəmkir”in futbolçusu mükafatlandırıldı

II Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Şəmkir” futbol klubunun üzvü Ceyhun Rəcəbli mükafatlandırılıb.

Aut.az xəbər verir ki, noyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı XIII turun “Şəmkir” – “Quba” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.