Şahmat

Mahir Məmmədov işğalçı ölkəni dəstəklədi

Ukrayna, Norveç, İngiltərə, Almaniya və daha üç ölkədən olan nümayəndələr rus şahmatçılarının beynəlxalq yarışlara tam buraxılmasına qarşı çıxıblar.

Aut.az xəbər verir ki, ölkələrin siyahısı Rusiya Şahmat Federasiyasının (RCF) Telegram kanalında yerləşdirilib.

Bundan əvvəl Rusiya Şahmat Federasiyası (RCF) Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Baş Assambleyasına Rusiya və Belarus şahmatçılarına qarşı bütün sanksiyaların, o cümlədən milli bayraqları altında komanda turnirlərində iştirak qadağasının qaldırılmasını təklif etmişdi. FIDE Şurası Rusiya və Belarus yeniyetmələrinin milli rəmzlər altında fərdi və komanda turnirlərində iştirak etməsinə, eləcə də yetkin Rusiya və Belarus komandalarının komanda turnirlərində, lakin neytral status altında iştirak etməsinə icazə verən qətnaməni dəstəkləyib.

Qırğızıstan, Kuba, Şri-Lanka, Kolumbiya, İran, Pakistan, Burkina Faso, Uruqvay, Yunanıstan sanksiyaların tam ləğvini dəstəkləyib.

FİDE Şurasının və BOK-un tövsiyələrinə əməl etmək təklifi ilə FİDE-nin birinci vitse-prezidenti Vişvanatan Anand (Hindistan), nümayəndələr Bernard Vanjala (Keniya), Mahir Məmmədov (Azərbaycan), Herbert Allan (Barbados) və Nitin Naranq (Hindistan) da rusların yarışlara buraxılmasına “hə “deyib.

Qeyd edək ki, işğalçı ölkə Rusiyanı dəstəkləyən Mahir Məmmədov Azərbaycan Şahmat Federasiyasının prezidentidir.

Aut.az