Möhtəşəm geridönüş: Əfsanənin rekordunu qırdı
“Qolden Steyt”in ulduzu Stefan Karri NBA-da növbəti rekorda imza atıb.
Aut.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
37 yaşlı basketbolçu 27 noyabrdan sonra ilk dəfə “Minnesota” ilə oyunda meydançaya qayıdıb. Pleymeyker 32 dəqiqə ərzində 39 xal toplayıb.
Karri 30 yaşını keçdikdən sonra 35 və daha çox xal topladığı 94-cü oyununu keçirib. Bununla da o, NBA tarixində bu göstərici üzrə yeganə rekordçu olub və 93 belə oyunu olan əfsanəvi Maykl Cordanı geridə qoyub.
