Digər

Olimpiya çempionu üsyan etdi: Ruslara burada olmamalıdır

Olimpiya çempionu və ikiqat dünya çempionu Sebastian Samuelsson hesab edir ki, rusiyalı biatlonçuların beynəlxalq yarışlarda iştirakına icazə verilməməlidir.

Aut.az xəbər verir ki, Rusiya Biatlon İttifaqı (RBU) rusiyalıların Beynəlxalq Biatlon İttifaqının (IBU) himayəsi altında keçirilən turnirlərdə iştirakına qadağa qoymaq qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verib. Rusiya xizəkçilərinə əvvəllər beynəlxalq yarışlarda neytral statusda iştirak etməyə icazə verilirdi.

“Rusları burada silahla görmək çox qəribə olardı. Hər şeyin hüquqi səviyyədə qərarlaşdırılması, qaydaların fərqli şəkildə şərh edilməsi kədərlidir. Amma mən IBU qaydalarına etibar edirəm və düşünmürəm ki, digər idman növləri ilə eyni vəziyyətdə olaq. Hər kəsin fərqli qaydaları var: FIS-in öz qaydaları var, IBU-nun öz qaydaları var. Mənə tamamilə aydındır ki, ruslar burada olmamalıdır”, – “SVT Sport” isveçlidən sitat gətirir.

Rusiya idmançıları Ukraynadakı müharibəyə görə 2022-ci ilin mart ayında IBU tərəfindən diskvalifikasiya edilib.

Aut.az