Azərbaycan futboluDünya cempionatı

Azərbaycan millisinin üzvü əməliyyat olundu

Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın üzvü Mirzə Əmirov cərrahiyyə əməliyyatı olunub.

Aut.az xəbər verir ki, futzalçının diz qapağı sınığında bitişməyən hissələrin çıxarılması, diz qapağı bağının bərpası əməliyyatı uğurlu alınıb.

Bu gün xəstəxananı tərk edəcək Əmirovun 3 aydan sonra komanda ilə birgə məşqlərə başlaya biləcəyi gözlənilir.