Azərbaycan futboluÇempionlar Liqası

UEFA Koxalskinin bu seyvini fərqləndirdi – VİDEO

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski yenidən gündəmə gəlib.

Aut.az xəbər verir ki, onun seyvi UEFA Çempionlar Liqasında 6-cı turun ən yaxşı qurtarışları sırasında yer alıb. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı qolkiperin Bakıda “Ayaks”la oyunda (2:4) etdiyi kritik seyv həftənin ən yaxşıları sırasına düşüb.

Qeyd edək ki, Koxalski 5-ci turda “Napoli” ilə oyunda (0:2) 3 seyvlə ən yaxşılar sırasına düşə bilmişdi.