Kimin üzr istəməli olduğunu söyləmək mənə yaraşmaz: Van Deyk qalmaqal haqda
“Liverpul”un müdafiəçisi və kapitanı Vircil van Deyk hücumçu Məhəmməd Salahla bağlı qalmaqallı vəziyyətdən danışıb.
Aut.az xəbər verir ki, misirli futbolçunun Çempionlar Liqasının VI turunda “İnter”ə qarşı keçiriləcək oyunda komandanın heyətində yer almadığı daha əvvəl bildirilmişdi. Bundan əvvəl Salah ardıcıl üç oyunda əsas heyətdən kənarda qaldıqdan sonra klubun ona qarşı rəftarını tənqid etmişdi.
“Hamımız üçün çətin bir vəziyyətdir. Amma oyunumuzda heç nə dəyişdiyini düşünmürəm. Mən Salahı çoxdan tanıyıram, yaxşı dostuq və birlikdə enişli-yoxuşlu yollardan keçmişik. Ünsiyyət qururuq və şəxsi məsələlər daxildə qalır. Hazırlaşmalı və kənar təzyiqlərə tab gətirməliyik.
Kimin üzr istəməli olduğunu söyləmək mənə yaraşmaz. Ən əsası bir-biri ilə danışmaqdır. Komanda növbəti oyuna hazır olmalıdır. Xoş anlardan həzz almalıyıq və onlardan dadmalıyıq, əks halda qalib gəlməyin nə mənası var? Biz çalışırıq ki, heç vaxt eyforiyaya və ya depressiyaya düşməyək”, – “Liverpool Echo” van Deykdən sitat gətirib.
Aut.az
