Qurban Qurbanovun pulunu sayan kütlə, Vernidubun məvacibindən xəbərdar olun
“Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidubun aylıq məvacibi 50 min dollar (85 min manat) olacaq. Bu barədə Ukrayna mətbuatı yazıb. Vernidub Bakıya 4 ukraynalı köməkçi də gətirəcək. Yəni beşi birlikdə hər ay Azərbaycandan 200 min, ildə 2,5 milyon manata yaxın pul çıxaracaqlar.
İndi həşəmətli kütləni iş başında görmək istəyirik. Hansı kütləni? Qurban Qurbanovun məvacibini müzakirə edən kütləni. Qurban Qurbanov Azərbaycandan pul çıxaran yox, ölkəyə pul gətirən adamdır.
Qurban Qurbanov həm də Azərbaycanda futbolun inkişafına töhfə verən yeganə şəxsdir. Azərbaycan futboluna bacardığı hər şeyi verən Qurban Qurbanovun məvacibini müzakirə edən kütlə, Azərbaycan futboluna heç nə verməyən Vernidubun məvacibindən xəbərdar oldunuz. Buyurun, müzakirə edin.
Vernidubun Azərbaycandan aparacağı vəsait sizindir. “Neftçi”nin haradan maliyyələşdiyini bilirsiniz yəqin ki. Qurban Qurbanovun Avropadan gətirdiyini müzakirə etdiniz, indi isə özünüzdən aparılanın dərdini çəkin.
Natiq Muxtarlı
