Lebron Ceymsdən növbəti nailiyyət: Əfsanəni ötdü
“Los Anceles Leykers”in lideri və hücumçusu Lebron Ceyms NBA-nın müntəzəm mövsümlərində qələbə sayına görə ikinci pilləyə yüksəlib – 1015 qələbə.
Aut.az xəbər verir ki, veteran basketbolçu “Boston Seltiks”in əfsanəsi Robert Parişi (1014) geridə qoyub. Bu barədə NBA-nın mətbuat xidməti məlumat yayıb.
O, yalnız Kərim Abdul-Cabbardan (1074) geri qalıb.
NBA müntəzəm mövsümlərində qələbələrə görə top-10 oyunçu:
1. Kərim Abdul-Cabbar — 1074
2. Lebron Ceyms — 1015
3. Robert Pariş — 1014
4. Tim Dunkan — 1001
5. Cohn Stokton — 953
6. Karl Malone — 952
7. Dirk Novitski — 916
8. Toni Parker — 892
9. Kris Pol — 855
10. Derek Fişer — 853
Aut.az
