Dünya futbolu

Ronaldo ilə bağlı şayiə yayıldı: Mərkəzi Bank bəyanat verdi

2026-cı il dünya çempionatı ərəfəsində sosial media daha bir sensasiya ilə partladı.

Aut.az xəbər verir ki, istifadəçilər kütləvi şəkildə Portuqaliya Bankının Kriştiano Ronaldonun şərəfinə 7 avroluq xüsusi əskinas buraxmağa hazırlaşdığı barədə “xəbər” yayıblar.

İdeya o qədər parlaq və viral görünürdü ki, hətta nüfuzlu media orqanları da onu qəbul etdilər. Ancaq bunun ağıllı şəkildə qurulmuş bir fırıldaq olduğu ortaya çıxdı.

Şayiələr sürətlə yayıldıqdan sonra Portuqaliya Mərkəzi Bankı sərt bəyanat vermək məcburiyyətində qaldı.

Press-relizdə deyilir: “Portuqaliya Bankı futbolçu Kriştiano Ronaldonun şərəfinə 7 avroluq əskinasın dövriyyəyə buraxılması ilə bağlı sosial şəbəkələrdə yayılan yalan məlumatlardan xəbərdardır.

Mərkəzi Bank müvafiq şəxsə işarə edən hər hansı əskinasları dövriyyəyə buraxmayıb və ya dövriyyəyə buraxmağı planlaşdırmayıb”.

Xatırladaq ki, ötən il də Ronaldonun şərəfinə xüsusi sikkə buraxılması ilə bağlı xəbərlər yayılmışdı , lakin bank bu fikri dəstəkləməmişdi.

Aut.az

Ronaldo ilə bağlı şayiə yayıldı: Mərkəzi Bank bəyanat verdi