Azərbaycan futbolu

Azərbaycan millisinin qapıçısı klubunu dəyişdi

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin üzvü Nərgiz Əliyeva Türkiyədə klubunu dəyişib.

Aut.az xəbər verir ki, 23 yaşlı qapıçı Super Liqa təmsilçisi “Sanayispor”la anlaşıb.

Bu barədə Girəsun klubunun mətbuat xidmətindən bildirilib.

Əliyeva son mövsümü Super Liqanın digər təmsilçisi “Fatih Vətən”də keçirib.