Digər

Azərbaycan klubu serbiyalı ilə gücləndi

Qadın həndbolçulardan ibarət “Kür” komandası Teodora Petkoviçi heyətə cəlb edib.

Aut.az xəbər verir ki, 26 yaşlı serbiyalı sol cinah oyunçusu müxtəlif illərdə ölkəsinin “Naisa Niş” , eləcə də İsrailin “Holon Yuvalin” klublarının şərəfini qoruyub.

Teodora Petkoviç Mingəçevir klubunda 31 nömrəli formada çıxış edəcək.