Nazir Somalidən olan həmkarı ilə görüşdü
Dekabrın 6-da gənclər və idman naziri Fərid Qayıbov Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun xüsusi qonağı olan Somalinin gənclər və idman naziri Mohamed Abdulkadiri qəbul edib.
Aut.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
