Dünya futbolu

Sabiq prezident tənqid etdi: Trampa bu mükafat verilməməlidir

FİFA-nın keçmiş prezidenti Zepp Blatter təşkilatın Sülh Mükafatını təsis etmək qərarını tənqid edib.

KİV-lər daha əvvəl FİFA-nın mükafatı ABŞ prezidenti Donald Trampa təqdim edəcəyini bildirmişdilər.

Aut.az xəbər verir ki, Blatterin sözlərini “The Telegraph” sitat gətirib.

“Onlar bu mükafatı verməməlidirlər. Futbol Sülh Mükafatını verməməlidirlər. Məncə, bu yanlışdır.

Onların (İnfantino və Tramp) yaxşı dostluq qura bilməyəcəyini deyə bilmərəm, amma mən futbola o qədər də maraq görmürəm”.

Aut.az