Azərbaycan futbolu

Kubok: Son 14 mövsümdə ən aşağı məhsuldarlıq

Bizon Azərbaycan kubokunun 1/8 final mərhələsində son 14 mövsümün ən aşağı məhsuldarlıq göstəricisi qeydə alınıb.

Aut.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, 8 oyunda cəmi 19 qol vurulub.

Orta məhsuldarlıq 2,375-ə bərabər olub.

1/8 finalda daha aşağı məhsuldarlığa sonuncu dəfə 2011/12 mövsümündə təsadüf olunub. Həmin vaxt 7 qarşılaşmada 14 qol vurulub. Orta göstərici 2,00-a bərabər olub.

Ötən mövsüm 1/8 finalda 27 qol qeydə alınmışdı.