Basketbol

Amerikalı basketbolçu Rusiya klubuna qayıtmaqdan imtina etdi

Saratovun “Avtodor” klubunun basketbolçusu Terrense Edvards ABŞ- dan Rusiyaya qayıtmaqdan imtina edib.

Aut.az xəbər verir ki, bu barədə komandanın saytı məlumat yayıb.

Amerikalı basketbolçu beynəlxalq fasilədə vətəninə qısa səfərdən sonra Saratov klubuna qayıtmayıb. Klub ötən yay imzalanmış müqavilənin pozulmasına görə öz maraqlarını hüquqi yolla müdafiə etmək niyyətindədir.

Edvards VTB Birləşmiş Liqasında “Avtodor”un heyətində 13 oyun keçirərək, hər oyunda orta hesabla 16,3 xal və 5,4 ribaundla komandanın liderlərindən birinə çevrilib.

Aut.az