Şəhər meri rusları DÇ-də görmək istəmir
Tronheym şəhərinin meri Kent Ranum dekabrın 5-dən 7-dək Norveç şəhərində keçiriləcək xizək idmanı üzrə Dünya Kubokunun mərhələsində iştirak edəcək rusiyalı idmançılara münasibət bildirib.
Aut.az xəbər verir ki, bundan əvvəl Rusiyanın idman naziri və Rusiya Olimpiya Komitəsinin rəhbəri Mixail Deqtyarev bildirmişdi ki, İdman Arbitraj Məhkəməsi (CAS) Rusiyanın Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) rusiyalıların təşkilatın himayəsi altında keçirilən yarışlarda iştirakını qadağan etdiyi qərarından verdiyi şikayəti təmin edib.
“Ümid edirəm ki, bu həftəsonu startda burada ruslar olmayacaq. Bu, məyusedici qərardır (CAS tərəfindən). Ukraynada döyüşlər davam edərkən rusiyalı idmançıların beynəlxalq yarışlarda iştirakına icazə verilməsini tamamilə yanlış hesab edirəm. Mən bu barədə dünya çempionatından əvvəl də danışmışdım və mövqeyim heç dəyişməyib”, – NRK merdən sitat gətirib.
Aut.az
