Voleybol

Azərbaycanlı hakim Fransa klubunun oyununa təyinat aldı

Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakim Eldar Zülfüqarova təyinat verib.

Aut.az xəbər verir ki, Beynəlxalq dərəcəli hakim dekabrın 4-də Fransada qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin “Levallois Paris” (Fransa) və “KS Developre” (Polşa) klubları arasında keçiriləcək qarşılaşmada ikinci hakim olacaq.

Matçın baş hakimi funksiyasını portuqaliyalı Rikardo Ferreyra yerinə yetirəcək.