İngiltərə

Slot Salahı qaytarsa, təəccüblənərəm – Sabiq “Arsenal”lı

“Arsenal”ın sabiq futbolçusu Pol Merson Premyer Liqada keçiriləcək “Liverpul” – “Sanderlend” matçı öncəsi fikirlərini bildirib .

Aut.az xəbər verir ki, Merson mersisaydlıların 2-1 hesablı qələbə qazanacağına inanır.

“Sanderland” çox yaxşı bir komanda olan “Bornmut”a qarşı inanılmaz bir performans göstərdi.

Ancaq mən “Liverpul”un qalib gələcəyinə mərc edirəm, çünki bu.  “Liverpul”dur.

İsak son matçda “Vest Hem”lə qarşılaşmada ilk qolu vurmağın sevincini yaşayır. “Liverpul”un qalib gələcəyini düşünsəm də, onlara asan olmayacaq. Çətin matç olacaq.

Arne Slot Məhəmməd Salahı bu matç üçün heyətə qaytarmaq qərarına gəlsə, təəccüblənərəm. Səhv olardı.

Salah ehtiyat oyunçular skamyasında qalmalı və ən yaxşı formasını bərpa etməlidir. Oyunçular keçmiş uğurlarına görə seçilə bilməzlər.

Slot Salahı heyətdən kənarlaşdırmaqla düzgün qərar verdi və o, bu qərarına sadiq qalmalıdır”, – deyə Merson bildirib.

Aut.az