Unikal nailiyyət: Liqa tarixində bunu bacaran 4-cü komanda oldu
“Oklahoma-Siti Tander” Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatında səfərdə “Portland Treyl Bleyzers” üzərində qazandığı qələbədən (123:115) sonra mövsümə 11 qələbə və 1 məğlubiyyətlə başlayan və ya bundan yaxşı nəticə göstərən liqa tarixində cəmi dördüncü komanda olub.
Aut.az xəbər verir ki, bu barədə NBA-nın mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl belə nəticəyə çatan klublar bunlardır: 2015/2016 mövsümündə “Golden Steyt Uarriors” (21–0), 1993/1994 mövsümündə “Hyuston Rokets” (20–1) və 1969/1970 mövsümündə “Nyu York Niks” (20–1).
Müntəzəm çempionatın növbəti oyununda “Oklahoma” “Qolden Steyt”lə qarşılaşacaq. Görüş 3 dekabrda keçiriləcək.
Aut.az
