Dünya futbolu

Kiyev “Dinamo”sunun əfsanəsi öldü

Dekabrın 1-də SSRİ yığması ilə 1972-ci il Avropa çempionatının gümüş mükafatçısı Vladimir Muntyan vəfat edib.

Aut.az xəbər verir ki, bu barədə Kiyev “Dinamo”sunun mətbuat xidməti məlumat yayıb.

Ukrayna klubunun sabiq yarımmüdafiəçisi uzun sürən xəstəlik nəticəsində 79 yaşında dünyasını dəyişib.

Muntyan “Dinamo”nun tərkibində yeddiqat SSRİ çempionu olmaqla yanaşı, ikiqat SSRİ kubokunun, Kuboklar Kubokunun və UEFA Superkubokunun qalibi olub.

Aut.az