Dünya futbolu

Messi Puşkaşı ötdü və tarixə düşdü

“İnter Mayami”nin ulduzu Lionel Messi MLS-in pley-offunun Şərq Konfransiyası üzrə “Nyu-York Siti” ilə final oyununda (5:1) məhsuldar etməklə tarixi uğura imza atıb.

Aut.az xəbər verir ki, Florida klubunun kapitanı bununla da karyerasındakı assistlərin sayı 405-ə çatıb. Argentina futbolçusu dünya futbolunun əfsanəsi Ferents Puşkaşı geridə qoyaraq tarixdə ən çox qol ötürməsi edən oyunçu olub.

Qeyd edilir ki, bir çox mənbələr Puşkaşa karyerası ərzində 404 asist aid edir, lakin bu göstərici rəsmi protokollar və arxivlərlə təsdiqlənməyib.

Aut.az