Voleybol

“Gəncə” doğma meydanda uduzdu

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV turun bir oyunu keçirilib.

Aut.az xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən matçda “DH Volley” “Gəncə” klubunun qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 1:3 (18:25, 17:25, 25:17, 17:25) hesablı məğlubiyyəti ilə yekunlaşıb.