Basketbol

Əfsanə rəqib olduğu ən dominant oyunçunun adını açıqladı

“Los-Anceles Leykers”in forvardı LeBron Ceyms və NBA-nın əfsanəvi oyunçusu Stiv Neş “Mind the Game” podkastının yeni buraxılışında “Denver Naggets”in mərkəz oyunçusu Nikola Yokicin bu mövsümdəki formasını müzakirə ediblər.

Aut.az xəbər verir ki, Neş Ceymsdən Yokiinc onun meydana çıxdığı hücum yönümlü oyunçular arasında ən yaxşısı olub-olmadığı soruşulub.  LeBron belə cavab verib:

“Belə deyim. ondan daha dominant və daha universal rəqib görməmişəm. Hücumda bacarmadığı heç nə yoxdur. Ümumiyyətlə heç nə. Ona qarşı ikiqat sıxma tətbiq edirsən, cəzalandırır, birə-bir qoyursan, yenə cəzalandırır. Hətta özü topu irəli daşıyır, komanda hücumları onun üzərindən qurur”.

Aut.az