Çempionlar Liqasıİngiltərə

Ronaldo və Messinin nailiyyətini təkrarladı: İngilislər onu da unutmayacaq

PSJ-nin yarımmüdafiəçisi Vitinya Çempionlar Liqasında Ronaldo Nazario, Lionel Messi və digər altı futbolçunun nailiyyətini təkrarlayıb.

Aut.az xəbər verir ki, “Squawka”nın məlumatına görə, portuqaliyalı oyunçu “Tottenhem”lə oyunda üç qol vuraraq İngiltərə Premyer Liqası klubuna qarşı turnir tarixində het-trik edən doqquzuncu futbolçu olub.

Əvvəllər bu uğura Ronaldo Nazario (“Mançester Yunayted”ə qarşı – 2003), Tunçay Şanlı (“Mançester Yunayted”ə qarşı – 2004), Lionel Messi 2 dəfə (“Arsenal” – 2010 və “Mançester Siti” – 2016 qarşı), Serj Qnabri (“Tottenhem”ə qarşı 2019), Kristofer Nkunku (“Mançester Siti”yə qarşı – 2021), Kərim Benzema (“Çelsi”yə qarşı – 2022), Viktor Qyokereş (“Mançester Siti”yə qarşı – 2024) və Kilian Mbappe (“Mançester Siti”yə qarşı – 2025) nail olub.

Aut.az