Azərbaycan futboluManşet

“Neftçi”dən etirazçılara qarşı əməliyyat: Muzdlu azarkeşlər vasitəsilə…

“Neftçi” ətrafında heç də xoş olmayan hadisələr yaşanmaqda davam edir. Budəfəki məqam azarkeşlərlə bağlıdır.

Aut.az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi “istefa” qışqıran azarkeşlərdən narahat olub və bununla bağlı özlərinə uyğun şəkildə addım atıb.

Hətta “İmişli” ilə son ev oyununda (2:3) bu şüarı səsləndirən fanatlar klubun mühafizəçiləri tərəfindən stadiondan uzaqlaşdırlıb. Onların növbəti matçlara buraxılmayacağı gözlənilir.

İstefa şüarını səsləndirənlərin müəyyən olunmasında əməyi olan muzdlu azarkeşlər var. Məhz onlar həmin şəxsləri kluba nişan verərək onların arenadan uzaqlaşdırılmasına səbəb olurlar.

Aut.az