İspaniyaİtaliya

“Real” peşman olub: Satdığı futbolçunu geri qaytarır

“Komо”nun yarımmüdafiəçisi Nikо Pasın “Real”a qayıdışı yaxınlaşır.

Aut.az xəbər verir ki, bu barədə Argentina mətbuatı məlumat yayıb.

İnsayder Fabrizio Romano isə bildirir ki, keçid böyük ehtimalla qış transfer pəncərəsində deyil, mövsümün sonunda baş tutacaq və 21 yaşlı futbolçu artıq bu keçidə razılıq verib.

“Real” öz yetirməsini keçən yay “Komо”ya 6 milyon avroya satmışdı. Müqavilədə geri alma maddəsi də var və hazırda bu məbləğ 9 milyon avrodur.

Hazırkı mövsümdə Pas A Seriyasında 12 oyunda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Aut.az