Voleybol

Azrbaycanlı hakim CEV tərəfindən təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fikrət Axundov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

Aut.az xəbər verir ki, Fikrət Axundov qadın voleybolçular arasında Çelenc Kubokunda “Panionios” (Yunanıstan) və “CSM Korona” (Rumıniya) komandaları arasında keçiriləcək görüşün baş hakimi olacaq. Matçda ikinci hakim kimi makedoniyalı Vlatka Ristovski fəaliyyət göstərəcək.

Oyun noyabrın 25-də Yunanıstada keçiriləcək.