Basketbol

Mövsümün sonunda karyerasını bitirəcək

“Los-Anceles Klippers”in 40 yaşlı basketbolçusu Kris Pol 2025-26 mövsümünün sonunda karyerasını bitirəcək.

Aut.az xəbər verir ki, bu barədə sosial mediada insayder Şems Çaraniya məlumat verib.

Pol 2005-ci ildə draftda “Nyu-Orlean Hornest” tərəfindən dördüncü seçilib.

O, daha əvvəl 2011-2017-ci illərdə “Klippers”də çıxış edib.

Karyerası ərzində Pol həmçinin “Hyuston Rokets”, “Oklahoma Citi”, “Finiks Sanz”, “Qolden Steyt”, “San-Antonio” kimi klublarda da çıxış edib.

Aut.az