Güləş

Azərbaycanın daha bir sərbəst güləşçisi İslamiadada finala vəsiqə qazandı

Azərbaycanın daha bir sərbəst güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.

Aut.az xəbər verir ki, Ağanəzər Novruzovdan (74 kq) sonra Arseniy Djioyev (86 kq) bu raunda irəliləyib.

O, yarımfinalda tacikistanlı Maqomet Yevloyevdən üstün olub.

Qeyd edək ki, İslamiada bu gün başa çatacaq.