Əfsanə oğlu ilə niyə az vaxt keçirir?
“Los-Anceles Leykers”in ulduzu Lebron Ceyms onunla bir komandada oynayan oğlu Bronni Ceyms haqqında fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, ulduz basketbolçu bu barədə mediaya müsahibəsi zamanı deyib:
“O, hələ gəncdir, cəmi 21 yaşı var. O, öyrənir və düşünürəm ki, bu prosesdən həzz alır. Amma yəqin ki, ondan soruşmaq ən yaxşısıdır. Bronni artıq mənimlə yaşamır, ona görə də bir-birimizi o qədər də görmürük. İndi onun öz evi var”.
Bronni bu mövsüm indiyədək 10 NBA oyununda meydana çıxıb, orta hesabla 2,1 xal, 0,9 ribaund və 1,8 asistlə yadda qalıb.
Aut.az
