Şahmat

FİDE Ukraynanın ruslarla bağlı tələbinə reaksiya vermədi

Ukrayna Şahmat Federasiyası rusiyalı qadınların komandalararası dünya çempionatında iştirakının qarşısını almaq üçün FİDE-yə müraciət edib.

Aut.az xəbər verir ki, bu barədə FSHU-nun mətbuat xidməti məlumat yayıb. Nümayəndə heyəti turnirin keçiriləcəyi Linaresə çatan kimi dərhal beynəlxalq federasiyaya kollektiv müraciət imzalayıb.

Lakin bu məktuba heç bir reaksiya verilməyib. FİDE-nin mətbuat xidməti sadəcə olaraq yarışın ilk gününü, xüsusən də A qrupunda “FIDE komandası” ilə Qazaxıstan arasında keçiriləcək matçı elan etdi.

Qeyd edək ki, Ukrayna millisi B qrupunda çıxış edəcək və burada Hindistan, Gürcüstan, Çin, Fransa və Özbəkistanla qarşılaşacaq.

Qadınlar arasında şahmat üzrə komandalararası dünya çempionatı noyabrın 18-dən 23-dək davam edəcək. İki dairəvi qrup turnirindən sonra dörddəbir finaldan başlayaraq pley-off görüşləri keçiriləcək.

Aut.az