Dünya futbolu

Benzema karyerasını bitirəcəyi tarixi açıqladı: Avropadan təklif alıb

Kərim Benzema “Əl-İttihad”dakı gələcəyi ilə bağlı hələ qərar vermədiyini etiraf edib.

Aut.az xəbər verir ki, Kərim Avropadan təkliflər olduğunu da bildirib.

37 yaşlı fransalı forvardın Səudiyyə klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır.

“Buradakı müqaviləm başa çatır. Hələ ki, qalıb-qalmayacağımı deyə bilmərəm, bu, bir çox amillərdən asılıdır. Dekabrda 38 yaşım olacaq. Özümü daha iki il futbolda görürəm. Fiziki cəhətdən yaxşıyam, işləyirəm və çox oynayıram, futbolu sevirəm, bundan həzz alıram.

Nə olacağını və klubun nə düşünəcəyini görəcəyik. Mənim üçün ən yaxşısı burada qalmaqdır, ancaq bir-iki il qalmaq xatirinə deyil. Mən bunu edə bilmərəm. Düşünürəm ki, Səudiyyə Ərəbistanında futbolun səviyyəsi getdikcə yaxşılaşır. Mən üç ildir ki, buradayam və o, daim təkmilləşir. Bəli, Avropadan təkliflərim var. Burada xoşbəxt olduğumu və sevildiyimi xatırlayaraq, hər şeyi dərindən düşünməli, düzgün seçim etməliyəm və harada daha rahat olacağımı müəyyənləşdirməliyəm”, – fransalı AS-a müsahibəsində deyib.

Aut.az